AZ

Şəmkirdə yeniyetmə qətlə yetirilib

Şəmkir rayon prokurorluğunun məlumatı

Oktyabrın 1-i  Şəmkir rayon sakini yetkinlik yaşına çatmayan C.V-nin (şərti) ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Araşdırmalarla yetkinlik yaşına çatmayan S.B-nin (şərti) rayonun Mahmudlu kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək C.V-ni (şərti) qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, S.B (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

phrase_var_article.chosen
225
13
operativmedia.az

10phrase_var_article.sources