İran İsrailə hücum etməklə böyük səhv etdi və bunun əvəzini ödəyəcək.
Bunu Baş nazir Benyamin Netanyahu bu barədə oktyabrın 1-də rəsmi müraciətində bildirib.
“İran bu gecə böyük səhv etdi və bunun əvəzini ödəyəcək. İran rejimi bizim özümüzü müdafiə etmək və düşmənlərimizə cavab zərbələri endirmək əzmimizi anlamır”, – Baş nazir vurğulayıb.