ABŞ Prezidenti Co Bayden prezidentliyə və vitse-prezidentliyə namizədlərin təhlükəsizliyini təmin etmək üçün ölkənin Məxfi Xidməti tərəfindən görülən tədbirləri gücləndirən qanun imzalayıb. Bu barədə Ağ evin mətbuat xidmətinin bəyanatında deyilir.
Sənəd ABŞ Məxfi Xidmətini dövlət başçısı və vitse-prezidentin, habelə bu vəzifələrə iddiaçıların təhlükəsizliyinin təmini üçün vahid standartların tətbiqinə məcbur edir. Bundan əvvəl qanun layihəsi ABŞ Konqresinin hər iki palatası tərəfindən təsdiqlənmişdi.
Mətləb Salahov