AZ

Millimiz “U-16 Türkdilli Ölkələr Turniri”ndə ilk oyununukeçirəcək

Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət millisi Türkiyənin Ərzurum şəhərində təşkil olunan “U-16 Türkdilli Ölkələr Turniri”ndə bu gün ilk oyununu keçirəcək.

AFFA-nın mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, təmsilçimiz Bakı vaxtı ilə saat 16:00-da Ərzurum Yüksək İrtifa Təlim-Məşq Mərkəzində Türkmənistanın U-17 komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycanın U-16 yığması yarışda növbəti oyununu oktyabrın 4-də, Bakı vaxtı ilə saat 16:00-da Türkiyəyə qarşı keçirəcək.

Seçilən
48
4
redaktor.az

10Mənbələr