AZ

“Boeing” əlavə 10 mlrd. dollarlıq səhmlərin yerləşdirilməsini nəzərdən keçirir

“Boeing Co.” əlavə səhmlərin yerləşdirilməsi yolu ilə ən azı 10 milyard dollar cəlb etməyi düşünür, Banker.az bu barədə İnterfax.ru-ya istinadən xəbər verir. Şirkət işçilərin tətili nəticəsində tükənmiş ehtiyatlarını bərpa etmək üçün əlavə vəsaitə ehtiyac duyur.

“Bloomberg” agentliyinin məlumatına görə, şirkət məsləhətçilərlə birlikdə müxtəlif variantları araşdırır. Əgər “Boeing” tətili dayandıra bilsə, kapitalın artırılması yaxın ayda baş verməyəcək, çünki şirkət 33 000 işçinin etirazı nəticəsində dəymiş maliyyə itkiləri barədə aydın təsəvvür yaratmaq istəyir.

“Boeing”in investisiya reytinqini saxlamaq üçün maliyyə vəziyyətini yaxşılaşdırması çox vacibdir. 2024-cü ilin əvvəlindən şirkətin kapitallaşması 41.7% azalıb.

Bir gün əvvəl “Boeing” ABŞ Müdafiə Nazirliyi ilə 8.46 milyard dollarlıq müqavilələr bağladığını açıqlayıb.

Seçilən
52
50
banker.az

10Mənbələr