Azərbaycanda daha bir klub yenidən futbol səhnəsinə qayıdıb.
20 il əvvəl fəaliyyətini dayandırmış «Lokomotiv» təkrar «dirilib».
«Dəmiryolçular» Region Liqasının qarşıdakı mövsümündə çıxış edəcək. Komanda artıq AFFA-nın qeydiyyatından keçib və yarışda iştirakı təsdiqlənib.
«Lokomotiv» 2000-2004-cü illərdə ölkə çempionatında mübarizə aparıb. İmişlinin ilk peşəkar klubu kimi tarixə keçən «Loko» ilk 2 ildə I Liqada qüvvəsini sınayıb.
Yarışın qalibi kimi 2023-cü ildə Premyer Liqaya vəsiqə qazanıb. Lakin komanda maliyyə çatışmazlığına görə cəmi altı ay elitada varlıq göstərə bilib.
Çıxışını yarımçıq dayandıran «Loko» 2024-cü ilin yayında yenidən bərpa olunmağa çalışsa da, müxtəlif səbəblərdən bu, gerçəkləşmyib.
SPORTİNFO.AZ