AZ

İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan Prezidenti İlham Əliyev "İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi" mövzusunda oktyabrın 2-də Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.
"Report"un xəbərinə görə, müraciətin mətnini Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik, Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev oxuyub.
Qeyd edək ki, tədbir Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı ilə keçirilir.
Seçilən
9
50
oxu.az

10Mənbələr