AZ

Naxçıvanda yubiley konserti

Ramiz Mirişli – 90

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Ramiz Mirişlinin 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Üzeyir Hacıbəylinin "Koroğlu” operasından “Üvertura” ilə başlayan konsertdə Gəncə Dövlət Filarmoniyasının solistləri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Mehbarə Cəfərova və Azərbaycan Respublikasının Əməkdar artisti Tural Abdullayev Ramiz Mirişlinin “Dalğalar”, ”Bir xumar baxışla”, “Vətənimsən” mahnılarını ifa ediblər.

Naxçıvan Dövlət Filarmoniyasının solistləri Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ruhiyyə Hüseynova, Prezident mükafatçıları İsrafil Qibləliyev, Cəfər Tağıyev, Nərmin Hüseynova, İlkin Abdullayev “Naxçıvan təranələri”, "İlhama gəldi”, “Səadət”, “Sevdalandım yaz gəlincə”, “Həyat söylə, sən kiminsən” və digər ifaları ilə tamaşaçıların zövqünü oxşayıblar.

Konsertdə ifaları Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestri, Mahnı və Rəqs Ansamblı müşayiət ediblər.

Səbuhi HƏSƏNLİ,
XQ-nin Naxçıvan müxbiri

Seçilən
7
xalqqazeti.az

1Mənbələr