AZ

ABŞ-də türk sənət festivalı

ABŞ-nin San-Fransisko şəhərində ilk dəfə “Türk mədəniyyəti və incəsənəti” festivalı keçirilib. Türk-Amerika Dərnəyinin təşkil etdiyi festivalda tatar, uyğur və qazax rəqsləri ilə yanaşı, yerli rəqslər və rəngarəng səhnələr nümayiş etdirilib.

Festival meydanında qurulan stendlərdə Türkiyəni tanıdan məhsullar, ebru sənəti və fotoşəkillər sərgilənib. Türkiyənin Los-Ancelesdəki baş konsulu Sinan Kuzum “Anadolu” agentliyinə açıqlamasında belə festivalların keçirilməsinin ölkənin tanıdılması baxımından çox əhəmiyyətli olduğunu bildirib:

– Ölkəmiz son vaxtlar dünyada həm siyasi-iqtisadi, həm də mədəni baxımdan daha çox tanınır. Artıq burada yaşayan əcnəbilərə və digər millətlərin nümayəndələrinə türk dövlətini tanıtmaq üçün daha çox səy göstəririk. Bir diplomat olaraq, bu təşəbbüsü çox dəyərləndirirəm. Ölkə xaricində belə tədbirlərin təşkili türk dünyası üçün də çox əhəmiyyətlidir. Ümid edirəm ki, gələcək illərdə də bu, ənənə halını alacaq.

Fidan SALMANOVA
XQ

Seçilən
42
xalqqazeti.az

1Mənbələr