AZ

Danimarkada İsrail səfirliyi yaxınlığında partlayış baş verdi


Danimarka paytaxtı Kopenhagendəki İsrail səfirliyinin yaxınlığında iki partlayış baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, Danimarka polisi ilkin araşdırmaya başlayıb.
Polis itkilərin olmadığını bildirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları partlayışlarla İsrail səfirliyi arasında mümkün əlaqəni yoxlayır.
Qeyd edək ki, oktyabrın 1-i axşam İran İsrailə yüzlərlə raket atıb. Bütün ölkə ərazisində hava hücumu xəbərdarlığı səslənib. Zərbələr Tel-Əviv, Dimona, Beer Şeva, Rişon Le Sion və digər şəhərlərdə qeydə alınıb.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hücumun HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyə, “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullah və İnqilab Keşikçiləri Korpusu briqada generalı Abbas Nilforuşanın ölümünə görə qisas olduğunu bildirib.
Seçilən
3
yeniavaz.com

1Mənbələr