Danimarka polisi İsrailin Kopenhagendəki səfirliyi yaxınlığında törədilən iki partlayışı araşdırdıqlarını bildirib.
Modern.az xəbər verir ki, Kopenhagen polisi X-də məlumat yayıb.
Bildirilib ki, heç kim xəsarət almayıb: "Biz hadisə yerində ilkin araşdırmalar aparırıq".
Qeyd olunub ki, partlayışın bölgədə yerləşən İsrail səfirliyinə yönəlik olub-olmaması araşdırılır.