AZ

İlham Əliyev: "Birinci Qarabağ müharibəsində itkin düşən 155 nəfərin şəxsiyyəti eyniləşdirilərək dəfn edilib"

Azərbaycan dövləti itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün bütün zəruri addımları atır. 

Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda oktyabrın 2-də Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Bakıda keçirilən konfrans iştirakçılarına müraciət ünvanladı


"1993-cü ildən etibarən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bu humanitar missiyanı layiqincə yerinə yetirir. Vətən müharibəsindən sonra Komissiyanın fəaliyyəti daha da genişləndirilmiş və yaxşı nəticələr əldə edilmişdir. Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 155 nəfərin şəxsiyyəti eyniləşdirilmiş və onlar hərbi ehtiram göstərilməklə dəfn edilmişdir", deyə Azərbaycan lideri qeyd edib.

Bizim.Media

Seçilən
11
bizim.media

1Mənbələr