AZ

Dünyada nüvə müharibələri dövrü gələ bilər - Politoloq

"Beynəlxalq aləmin bir neçə ildir müzakirə etdiyi əsas mövzu Rusiyanın Ukrayna və Ukraynaya hərbi dəstək verən ölkələrə qarşı nüvə silahından istifadə edib-etməyəcəyidir. İsrail-İran müharibəsi eyni mövzunu bu iki ölkə üçün aktuallaşdırıb".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, İsrail etiraf etməsə də, yüzdən çox nüvə silahına malikdir: " İran da etiraf etməsə, ya bir neçə nüvə silahına artıq yiyələnib, ya da hədəfinə çatmağa çox yaxındır. Hələ ki, havada raketlər uçuşur, ancaq müharibənin şiddətlənəcəyi halda bu bölgədə nüvə müharibəsi ehtimalı barədə də danışılmağa başlanacaq".

E.Şahinoğlu vurğulayıb ki, indi ehtimalların  az  olduğu düşünülsə də,  nüvə təhdidlərinin artacağı dövr gələ bilər: "Heç bir lider nüvə düyməsinə basmaz, çünki bu fəlakət olar” prinsipi işləməyə də bilər, əks halda Rusiya rəsmiləri bu mövzuda ehtiyatlı açıqlama verərdilər. Odur ki, regional müharibələr genişləndikcə, nüvə silahına malik olmaq istəyən dövlətlərin sayı artacaq. Misal üçün Türkiyə və Səudiyyə Ərəbistanı bu haqda düşünməyə başlayacaq".

Seymur,

Sitat.info

Seçilən
52
5
sitat.info

6Mənbələr