AZ

Türkiyədə mütəşəkkil cinayətkar qrupa qarşı əməliyyat - 30 şübhəli...

Türkiyənin iki əyalətində “Kuyu-31” adı altında mütəşəkkil cinayətkarlığa qarşı keçirilən əməliyyat nəticəsində 30 şübhəli saxlanılıb.

Bakıvaxtı.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədəki səhifəsində yazıb.

Məlumata görə, onlar müxtəlif cinayətkar qruplara üzv olublar.

Bildirilib ki, şübhəlilər zor tətbiq etmək, hədə-qorxu gəlmək, biznesmenlərin iş yerlərinə atəş açmaq, zərərçəkmişləri silahlı hədə-qorxu ilə veksel imzalamağa məcbur etmək, silahla sövdələşmək, cinayət törətmək məqsədilə təşkilat yaratmaq, silahla qəsdən xəsarət yetirmək, qanun pozuntusuna yol verməklə əyləncə məkanlarını ələ keçirməyə cəhd ediblər. Onlara qarşı vergidən yayınmaq, talama, qanunsuz sələmçilik, şantaj və hədə-qorxu gəlmək kimi maddələrlə istintaq başlayıb.

"Biz istənilən şəkildə mütəşəkkil cinayətkar təşkilatları məhv edəcəyik”, - Ə.Yerlikaya vurğulayıb.

Məlumata əsasən, əməliyyat tədbirləri nəticəsində 8 sənədsiz tapança, 4 sənədsiz tüfəng, 7 kəsici-deşici alət, müxtəlif miqdarda narkotik vasitə və çoxlu çek, əskinaslar götürülüb.

Seçilən
14
bakivaxti.az

1Mənbələr