AZ

Məhkəmə futbolçunun qatilini 35 il sonra cəzalandırdı: Görün kim imiş

Kosenza məhkəməsi şəhərin eyniadlı klubun keçmiş yarımmüdafiəçisi Denis Berqamininin təxminən 35 il əvvəl qətlində iştirak etməkdə təqsirli bilinən İzabella İnternonu cəzalandırıb.

Publika.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

İnterno ilə görüşən futbolçu 1985-ci ildən "Kozenza"da çıxış edirdi. Onun 1989-cu ildə 27 yaşında Roseto Capo Spulico kommunası yaxınlığında yolda yük maşınının altına düşdüyü iddia edilirdi. Daha sonra polis İzabellanın ifadəsinə əsaslanaraq idmançının intihar etdiyi qənaətinə gəlib.

2017-ci ildə ailəsinin, dostlarının və keçmiş komanda yoldaşlarının tələbi ilə Berqaminin cəsədi ekspertiza üçün çıxarılıb və nəticədə futbolçunun şərflə boğularaq öldürüldüyü, daha sonra cəsədinin yük maşınının altına atıldığı məlum olub. 2021-ci ildə məhkəmə İnterno haqqında araşdırma başlayıb. Məlum olub ki, qız hamilə qalıb və abort etdirib. Futbolçu onunla evlənməkdən imtina edib və onu tərk edib ki, bu da qətlə səbəb ola bilər.

Seçilən
33
publika.az

1Mənbələr