Bakı.Trend:
Cari il ərzində Dövlət Komissiyası tərəfindən mütəxəssisləriniştirakı ilə işğaldan azad edilmiş ərazilərdə aparılmışqazıntıların və monitorinqlərin nəticəsində məlum olmuşdur ki,üçtərəfli Bəyanatın imzalanmasından 2023-cü il sentyabr ayındahəyata keçirilmiş antiterror əməliyyatına qədər olan müddətdəseparatçı rejim tərəfindən Dövlət Komissiyasına və BQXK-ya məlumolan bir neçə kütləvi məzarlıq məqsədyönlü şəkildə məhvedilmişdir.
Trend xəbərverir ki, bunu Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli:ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi" mövzusundabeynəlxalq konfransda çıxışı zamanı Dövlət TəhlükəsizliyiXidmətinin rəisi general-polkovnik, Əsir və İtkin düşmüş, girovgötürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri ƏliNağıyev deyib.
Ə.Nağıyev bildirib ki, buna misal kimi Xocavənd rayonu,Qaradağlı kəndi, Xocalı rayonu, Dəhraz kəndi və Ağdərə rayonu,Sırxavənd kəndində Dövlət Komissiyasına məlum olan məzar yerlərinigöstərmək olar.
Məlumdur ki, bu və digər kütləvi məzarlıqlar ermənilərtərəfindən törətdikləri müharibə cinayətlərinin izlərininitirilməsi üçün məqsədyönlü şəkildə məhv edilmişdir.
"Bu faktlar beynəlxalq hüquqa, həmçinin uzun illərdiryaxınlarını gözləyən itkin ailələrinə və insanlığa qarşıhörmətsizliyin bariz nümunəsidir", - deyə Ə.Nağıyev qeyd edib.