Almaniyada Yaqi X adlı Çin vətəndaşının ölkəsi adından casusluq ittihamı ilə həbs edildiyi bildirilib.
News24.az xəbər verir ki, bu barədə Baş Prokurorluq tərəfindən açıqlama verilib.
Bildirilib ki, Leypsiq və Halle hava limanlarında xidmət edən logistika şirkətində işləyən Yaqi X əvvəllər casusluq ittihamı ilə həbs edilmiş Jian G-yə, xüsusən də müdafiə avadanlıqlarının və Alman müdafiəsi ilə əlaqəli şəxslərin daşınması ilə bağlı məlumat çatdırıb.
Evində və iş yerində axtarış aparılan Yaqi X haqqında həbs qərarı çıxarılaraq həbsxanaya göndərildiyi öyrənilib.
Məryəm İlhamqızı