AZ

Bir sıra güc mərkəzləri Ermənistanı silahlandıraraq revanşizmin və separatizmin yenidən qızışdırılmasında maraqlıdır - Əli Nağıyev

Bakı.Trend:

Azərbaycan Respublikası postmüharibə dövründə Cənubi Qafqazdasülhün, mehriban qonşuluq prinsiplərinə əsaslanan birgə yaşayışın,nəqliyyat və iqtisadi əlaqələrin bərpasının tərəfdarıdır.

Trend xəbər verir ki, bunu Bakıda “İtkin düşmüşşəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnundəstəklənməsi" mövzusunda beynəlxalq konfransda çıxışı zamanıDövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik, Əsir vəİtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar DövlətKomissiyasının sədri Əli Nağıyev deyib.

Ə.Nağıyev bildirib ki, lakin dünyadakı bir sıra güc mərkəzlərihazırda bölgədə gərginliyin artırılmasında, o cümlədən Ermənistanısilahlandıraraq revanşizmin və separatizmin yenidənqızışdırılmasında maraqlıdır və buna açıq dəstək verməkdənçəkinmirlər.

“Görünən budur ki, belə qüvvələri hər şeydən öncə bu bölgədə başvermiş və hazırda dünyada davam edən silahlı münaqişələrnəticəsində həyatını itirmiş, qaçqına, məcburi köçkünə çevrilmiş vəitkin düşmüş yüz minlərlə insanının acı taleyi düşündürmür.

Eyni zamanda, biz beynəlxalq hüququn norma və prinsiplərinəuyğun olaraq, bütün dövlətlərlə sosial-iqtisadi, siyasi, humanitarvə digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq etmək əzmindəyik.Eyni prinsiplər əsasında Azərbaycan dövləti Ermənistanla qısa vaxtərzində sülh müqaviləsi imzalamağa hazırdır. Bundan ötrü rəsmiİrəvan Azərbaycana qarşı ərazi iddialarını şərtləndirənKonstitusiyasında və digər milli qanunvericilik aktlarındadəyişiklik etməlidir. Bu gün bağlanan sülh müqaviləsi yenidən nəvaxtsa ərazi iddialarını irəli sürməyi tamamilə istisnaetməlidir.

Yalnız Azərbaycan üçün deyil, qlobal mahiyyət daşıyan itkindüşmüş şəxslər problemi aidiyyəti beynəlxalq təşkilatları vəbeynəlxalq siyasi dairələri ciddi düşündürməlidir. Xüsusi iləBirləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Qızıl Xaç Komitəsi vədigər aidiyyəti qurumlar bu məsələyə diqqət ayırmalı, zorakıitkindüşmələrin qarşısının alınması üçün təcili və təxirəsalınmaztədbirlər görməlidirlər”, - deyə Ə. Nağıyev qeyd edib.

Seçilən
34
34
az.trend.az

10Mənbələr