AZ

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində texniki seminar keçirilir

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində oktyabrın 2-də Bakı Daş Salnamə Muzeyində COP29 Sədrliyinin və Beynəlxalq Enerji Agentliyinin birgə təşkilatçılığı ilə “Metan vədləri hərəkətə çevirmək” mövzusunda texniki seminar keçirilir.

AZƏRTAC xəbər verir ki, seminar çərçivəsində dörd texniki panel sessiya təşkil olunacaq.

Oktyabrın 4-dək davam edəcək tədbir adaptasiya olunan iqlim həllərini araşdırmaq və bu həll variantlarının tətbiqini sürətləndirmək üçün bütün dünyadan 700 nəfəri, o cümlədən dayanıqlılıq üzrə müxtəlif ekspertləri və siyasətçiləri, eləcə də özəl sektor və vətəndaş cəmiyyətinin liderlərini bir araya gətirir. Dünya ictimaiyyəti cari ilin noyabrında Bakıda keçiriləcək COP29 tədbirinə hazırlaşarkən, Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) iqlim təqvimində mühüm an kimi tarixə düşəcək.

BMT Baş Assambleyasının 79-cu sessiyasından və Nyu-York İqlim Həftəsindən sonra keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi COP Sədirliklərinin Üçlüyü tərəfindən elan edilmiş 1,5°C hədəfinə aparan yol xəritəsi çərçivəsində həyata keçirilən işlərin daha geniş vüsət almasını təmin edəcək və COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə dəstək olacaq.

London İqlim Fəaliyyəti Həftəsi ilə tərəfdaşlıq çərçivəsində keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi iqlim həllərinin inkişaf etdirilməsi məsələsində beynəlxalq əməkdaşlıq və sinerjini daha da gücləndirəcək.

Tədbir hazırda aktual olan iqlim probleminə qabaqlayıcı yanaşmanı ehtiva edir.

phrase_var_article.chosen
41
6
xalqqazeti.az

7phrase_var_article.sources