AZ

Prezident İlham Əliyev: Müharibə cinayətləri törətmiş şəxslər Ermənistanda qəhrəmanlaşdırılıb

Bakı. Trend:

Açıq mənbələrdə və internet resurslarında Birinci Qarabağmüharibəsində Ermənistan tərəfindən azərbaycanlılara qarşıtörədilmiş insanlığa sığmayan əməlləri sübut edən kifayət qədərfoto və videolar mövcuddur. Müharibə cinayətləri və bəşəriyyətəqarşı cinayətlər törətmiş bəzi şəxslər bu gün Azərbaycanın ədalətmühakiməsi qarşısında cavab versə də, Ermənistanda buna görə hələbir nəfər belə məsuliyyətə cəlb olunmamış, əksinə onlarqəhrəmanlaşdırılmışdır.

Trend xəbərverir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin “İtkindüşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilməkhüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransıniştirakçılarına ünvanladığı məktubunda yer alıb.

“Eyni zamanda, müxtəlif vaxtlarda Ermənistanda olan hərbicanilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahibolduqlarını bildirmişdir. Buna baxmayaraq, Ermənistan hələ də buməzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı NatiqQasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtinaedir”, - deyə Prezident İlham Əliyev bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Ermənistan öz destruktivmövqeyindən əl çəkməli və beynəlxalq humanitar hüquqdan irəli gələnöhdəliklərini yerinə yetirməlidir. Əgər Ermənistan həqiqətən dəAzərbaycanla sülhə nail olmaq istəyirsə, onda əsir və girovgötürülmüş azərbaycanlılara münasibətdə törədilmiş vəhşilikləriqətiyyətlə pisləməli və günahkarları cəzalandırmalıdır. Bu,həmçinin, iki ölkə arasında təsirli etimad quruculuğutədbirlərindən biri ola bilər.

Seçilən
51
43
az.trend.az

10Mənbələr