AZ

İsrail Beyruta yeni hava zərbələri endirib

Oktyabrın 2-nə keçən gecə İranın İsrailə raket hücumundan sonra İsrail ordusu Beyrutdakı Hizbullah hədəflərinə hava zərbələri endirib.

Bu barədə CNN xəbər verir.

İsrail Müdafiə Qüvvələri əməliyyatın təfərrüatlarını daha sonra dərc edəcəyinə söz verib.

Bundan əvvəl İDF Beyrutun cənub ətraflarında bir neçə məhəllə və binanın sakinlərini təxliyə etməyə çağırıb. Livanlılara "Müdafiə Qüvvələrinin tezliklə qəti addım atacağı təhlükəli Hizbullah qurğularına" yaxın olduqları barədə xəbərdarlıq edilib.

Xatırladaq ki, oktyabrın 1-nə keçən gecə Beyrutun cənub rayonları “Hizbullah”a qarşı əməliyyat zamanı ən azı 6 İsrail hava hücumuna məruz qalıb. Atışma nəticəsində bir neçə ev dağılıb. Livanın Səhiyyə Nazirliyi sentyabrın 30-da İsrailin endirdiyi zərbələr nəticəsində 95 nəfərin öldüyünü bildirib.

Həmçinin oktyabrın 1-nə keçən gecə İsrail Livanda quru əməliyyatına başlayıb. İDF bildirib ki, İsrail quru qüvvələrinə Livandakı hərbi obyektlərə zərbələr endirən aviasiya və artilleriya dəstəyi verilir.

Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin hava hücumları nəticəsində son 24 saat ərzində Livanda 55 nəfər ölüb, 156 nəfər yaralanıb.

Oxuməni.az

Seçilən
5
oxumeni.az

1Mənbələr