AZ

80 minlik oğurluq edib Rusiyaya qaçmışdı - Ölkəyə gətirildi

Naftalan şəhərində oğurluq edərək ölkə ərazisindən qaçan şəxs Rusiyada saxlanılıb.

Bu barədə “Qafqazinfo”ya DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Belə ki, İnterpolun Milli Mərkəzi Bürosu və Naftalan ŞPŞ-nin keçirdiyi tədbirlərlə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə axtarışda olan Arif Vəliyev Rusiyada tutularaq Azərbaycana gətirilib.

Məlum olub ki, 2023-cü ilin sentyabrında Naftalan polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakininə məxsus mənzilə qeyri-qanuni yolla daxil olaraq oradan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Keçirilən tədbirlər nəticəsində müəyyən edilib ki, Elvin Əhmədli, Hikmət Məmişov və Arif Vəliyev bir araya gələrək E. Əhmədlinin yaxın qohumunun mənzilindən oğurluq etmələri barədə razılığa gəliblər.

E. Əhmədli ev sahibinin ad günündə mənzilin açarını qeyri-qanuni yolla ələ keçirərək A. Vəliyevə verib və sonuncu mənzilə daxil olaraq oradan 60 min manat nağd pul, 20 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.

Cinayət hadisəsini törətdikdən sonra A. Vəliyev H. Məmişovla birlikdə əldə etdikləri puldan bir qədər götürüb, qalan hissəsini isə qardaşı Rasiv Məmmədzadəyə verərək saxlamasını istəyib.

Faktla bağlı cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Seçilən
1
23
qafqazinfo.az

10Mənbələr