İndiyədək DOST mərkəzlərində 2 milyon 400 min vətəndaşa xidmət göstərilib...
“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 3-cü günündə bildirib.
Onun sözlərinə görə, vətəndaşların DOST mərkəzlərindəki xidmətlərdən məmnunluq səviyyəsi 97,5 faizdən yuxarıdır.
Nazir qeyd edib ki, hazırda rəhbərlik etdiyi nazirliyin göstərdiyi 160 xidmətin 144-ü tam şəkildə elektronlaşdırılıb:
"Bu ilin ilk altı ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemlərindən ümumi istifadənin sayı 300 milyondan çox olub. Maraqlıdır ki, bu müraciətlərin 20 faizi vətəndaşların, 40 faizi iş adamlarının payına düşüb .Yerdə qalan 40 faiz müraciət müvafiq dövlət orqanları, qurumları tərəfindən edilib".
Poliqon.info