Son yeniləmə: 2 Oktyabr 2024 10:40 BAYRAQDAR MEDİA – “Hamıya məlumdur ki, qlobal iqlim dəyişikliyinin ciddi fəsadlar verdiyi bir dövrdə yaşayırıq. İndi dünyanın bütün dövlətləri, iri şirkətləri iqlim çağırışlarına cavab verməli, karbon emissiyasının azaldılmasına, yaşıl enerji sektorunun yaradılmasına öz töhfələrini verməlidir”.Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.O, qeyd edib ki, Azərbaycan neft-qaz ölkəsi kimi bu istiqamətdə beynəlxalq səyləri dəstələyir: “COP29-da dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir”.QHT sədri bildirib ki, Azərbaycan bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirib: “Bundan öncə Beynəlxalq Astronavtika Konqresini, Avropa Oyunlarını, İslam Oyunlarını uğurla keçirmişik. COP29 daha böyük və nüfuzlu tədbir olacaq. Ancaq Azərbaycan COP29-u yüksək səviyyədə keçirəcək və bu, xalqımızın növbəti böyük uğuru olacaq”.
phrase_var_article.topics
- phrase_var_article.all_categories
- phrase_var_article.politics
- phrase_var_article.economy
- phrase_var_article.society
- phrase_var_article.culture
- phrase_var_article.war
- phrase_var_article.showbiz
- phrase_var_article.sport
- phrase_var_article.criminal
- phrase_var_article.world
- phrase_var_article.interview
- phrase_var_article.interesting
- phrase_var_article.ict
- phrase_var_article.other
- phrase_var_article.education
- phrase_var_article.auto-moto
- phrase_var_article.turizm
- phrase_var_article.analitika
- + phrase_var_article.more - phrase_var_article.less