AZ

Pensiya yaşına çatan şəxslər hansı hallarda işləyə bilər? - AÇIQLAMA

Hal-hazırda ölkəmizdə yaşa görə pensiya alanların sayı 710 min nəfərdən çoxdur. Onların 43,88%-ni kişilər, 56,12%-ni isə qadınlar təşkil edir.

 

1 iyul 2024 - 30 iyun 2025-ci il tarixində kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə isə 64 il olacaq. Ancaq pensiya yaşına çatan şəxslər bəzən daha uzun müddət işləmək istəyirlər.

 

Hansı hallarda pensiya yaşına çatdıqdan sonra işləmək imkanı əldə edilə bilər?

 

Modern.az bu barədə hüquqşünas Çingiz Qənizadə ilə həmsöhbət olub.


“Pensiya yaşına çatmış vətəndaşların işləmək hüququ o halda məhdudlaşdırılır ki, onların çalışdığı dövlət qurumlarında və yaxud da hakimiyyət orqanlarında konkret yaş hədləri var və bundan sonra həmin şəxslərin işləməsi qeyri-mümkün olur. Amma digər icra orqanlarında vətəndaş pensiya yaşına çatdıqdan sonra qanuna uyğun olaraq müvafiq ali icra hakimiyyəti orqanının qərarı ilə onun əmək müqaviləsi ard-arda 1 il artırıla bilər və bu 1 il toplamda 5 ildən artıq olmamaq şərti ilə uzadılır. Əgər həmin şəxslərin təcrübəsinə ehtiyac yaranarsa,  işdən çıxacağı təqdirdə yeri boş qalırsa və bu kimi digər hallarda bu cür problemlərin qarşısını almaq üçün müvafiq nazirliyin əmri ilə hər bir ildən bir müqavilə bağlanır", - o qeyd edib.

 

Ekspert vurğulayıb ki, müqavilələr hər il yenilənir və bu zaman müqavilənin yeniləməsinə ehtiyacın olub-olmamasına baxılır:

 

"Pensiya yaşına çatan şəxslər bu hallarda əlavə işləmək imkanı qazanırlar. Bundan əlavə qanun pensiya yaşına çatmış istər hakimiyyət orqanları, istərsə də icra orqanlarında çalışan şəxslərin digər qurumlarda çalışmasını da qadağan etmir. Belə ki, pensiya yaşına çatmış şəxslər sahələrinə uyğun dövlət və ya özəl sektorda çalışa bilərlər onların işə götrülməsi prosesi müraciət etdikləri qurumun müqavilə bağlaması ilə mümkündür".

Seçilən
2
modern.az

1Mənbələr