AZ

Livandan Suriyaya 240 min qaçqın keçib

İsrailin Livanda "Hizbullah"a qarşı əməliyyata başlatmasından sonra təxminən 240 min Suriya və Livan vətəndaşı Suriyaya qaçıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Livan Fövqəladə Hallar Mərkəzinin hesabatında deyilir.

Məhz sentyabrın 23-dən 30-dək 239 min 453 nəfər Livan sərhədindən keçərək Suriyaya keçdiyi, bu şəxslərin 176 min 80 nəfərinin suriyalı, 63 min 373 nəfərinin isə livanlı olduğu qeyd edilib.

2023-cü il oktyabrın 8-dən bu yana 1 milyon insanın İsrailin hücumları səbəbilə evlərindən didərgin düşdüyü və bu insanların 155 min 600 nəfərinin sığınacaq mərkəzlərinə yerləşdirildiyi bildirilib.

Livanda məcburi köçkünlərin yerləşdirilməsi üçün 875 mərkəz açıldığı, onlardan 625-nin maksimum imkanlara çatdığı vurğulanıb.

Bəyanatda həmçinin Livan hökumətinin Birləşmiş Millətlər Təşkilatına bağlı təşkilatlarla birlikdə ianə toplamaq üçün "humanitar yardım çağırışı" başlatdığı və ölkədəki köçkünlərin ehtiyaclarının qarşılanması üçün 425 milyon dollara ehtiyac olduğu vurğulanıb.

Seçilən
21
cebheinfo.az

1Mənbələr