AZ

Çağdaş Azərbaycan ədəbiyyatı antologiyasının təqdimat mərasimi keçiriləcək

Bu gün Bakı Ekspo Mərkəzində 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinə (Baku International Book Fair 2024) start verilib. Oktyabrın 2-dən 8-dək keçiriləcək sərgidə maraqla gözlənilən tədbirlərdən biri də Mədəniyyət Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun birgə layihəsi olan “Sizlər üçün seçdik” adlı çağdaş Azərbaycan ədəbiyyatı antologiyasının təqdimat mərasimidir.

Nəşrin özəlliyi ölkənin tanınmış yazarlarının seçmə əsərlərini antologiya üçün təqdim etmələrindədir.

Kitaba xalq yazıçılarından Anar, Elçin, Kamal Abdulla, Çingiz Abdullayev, Elmira Axundova və Natiq Rəsulzadənin hekayələri, xalq şairlərindən Nəriman Həsənzadə, Vahid Əziz, Sabir Rüstəmxanlı və Ramiz Rövşənin şeirləri daxil edilib. O cümlədən, nasirlərdən Seyran Səxavət, Elçin Hüseynbəyli, Yunus Oğuz, Varis, İlqar Fəhmi, Aqşin Yenisey, Natiq Məmmədli və Cavid Babayevin, şairlərdən Baba Vəziroğlu, Rəşad Məcid, Ramiz Qusarçaylı, Səlim Babullaoğlu, Salam Sarvan, Nigar Həsənzadə, Qulu Ağsəs, İbrahim İlyaslı, Əlizadə Nuri, Əkbər Qoşalı, Xəyal Rza, Fərid Hüseyn və İntiqam Yaşarın da əsərləri antologiyada yer alıb.

Nəşrin tərtibçisi yazıçı Varisdir.

Bütün kitabsevərlər saat 16:00-da Yaşıl zonada baş tutacaq mərasimə dəvətlidir.

KONKRET.az

Seçilən
20
konkret.az

1Mənbələr