AZ

İsrail İranın neft infrastrukturunu vura bilər

İranın bir sıra mühüm infrastruktur obyektləri raket hücumlarına cavab olaraq İsrailin hədəfi ola bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Axios" agentliyi məlumat yayıb.

İsrail rəsmiləri portala bildiriblər ki, İsrail əhəmiyyətli cavab zərbəsi endirəcək, bu zərbə neft hasilatı obyektlərinə və digər strateji obyektlərə yönələ bilər. Onlar qeyd ediblər ki, bütün variantlar, o cümlədən İranın nüvə mərkəzlərinə zərbə endirmək imkanları nəzərdən keçiriləcək.

İsrailin Baş naziri Benyamin Netanyahu öz növbəsində qeyd edib ki, İran böyük səhv edib və bunun əvəzini ödəyəcək.

 

Gözəl Həşimova

Seçilən
15
iqtisadiyyat.az

1Mənbələr