“Qalatasaray” ciddi itki ilə üzləşib.
Publika.az xəbər verir ki, İstanbul komandasının hücumçusu Viktor Osimhen zədələnib. O, bu səbəbdən UEFA Avropa Liqasında Liqa mərhələsinin 2-ci turu çərçivəsində RFS ilə matçı buraxacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı futbolçunun sol ayağında zədə aşkarlanıb.
Qedy edək ki, “Qalatasaray”ın Latviya təmsilçisi ilə görüşü oktyabrın 3-də Riqada baş tutacaq.