AZ

Repere qarşı 100-dən çox qadın iddia qaldıracaq - Cinsi istismar və zorakılıq...

120 qadın reper Şon Kombs (P.Diddi kimi tanınır) əleyhinə məhkəmə iddiası qaldırmağı planlaşdırır...

Poliqon xəbər verir ki, bu barədə Los Angeles Times nəşri onların vəkili Toni Buzbiyə istinadən yazıb.

Onlar cinsi istismara və zorakılığa məruz qaldıqlarını iddia edirlər. İddiaçılardan 25-i o zaman azyaşlı olub.

İddiaların əksəriyyəti Nyu York və Kaliforniyada açılacaq. Toni Buzbinin sözlərinə görə, seksual zorakılıq halları 1991-ci ildən reperin keçirdiyi ziyafətlərdə baş verib. Bəzi hallarda zərərçəkənlərə müxtəlif şirnikləndirici içki verilib.

Vəkilin sözlərinə görə, ən gənc qurban Nyu Yorkda Bad Boy Records leyblinin təşkil etdiyi dinləmə zamanı reper və başqaları tərəfindən cinsi təcavüzə məruz qaldığı iddia edilən 9 yaşlı uşaq olub. Digər qurban isə 15 yaşlı uşaq olub.

Prokurorlar iddia edirlər ki, P.Diddi qurbanları işə götürmək, otel otaqlarını narkotiklərlə və əlavə paltarlarla yığmaq və bitdikdən sonra onları təmizləməkdən ibarət mürəkkəb sxemi hazırlayıb. İttiham aktında iddia olunur ki, reper və onun tərəfdaşları "qadınları şənliklərdə iştirak etməyə məcbur etmək və baş verənləri gizli saxlamaq üçün zorakılıq, məcburiyyət, narkotik və rüşvətdən istifadə ediblər".

Musiqi prodüseri və reper Şon Kombs sentyabrın 16-da Manhetten otellərindən birində həbs edilib. İki gündən sonra reper insan alveri və bir sıra başqa cinayətlərdə rəsmən ittiham olunub. Musiqiçi günahını rədd edir. Mart ayında reperin Los Anceles və Mayamidəki evlərində cinayət işi ilə bağlı axtarış aparılıb.

Poliqon.info

Seçilən
13
poliqon.info

1Mənbələr