AZ

1 oktyabr taxirində Beynəlxalq Qəhvə Günü qeyd edilir.

Dünyada milyonlarla insan səhərə bir fincan kofe ilə başlayır, onu yolüstü və ya xoş ab-havada içir, iş günü ərzində kofe-breyklər edir.


2014-cü ildə Beynəlxalq Qəhvə Təşkilatı Beynəlxalq Qəhvə Gününü – 1 oktyabrı təsdiqləyib. Bir il sonra Milanda ilk bayram keçirilib. İndi bu bayram 75 ölkədə qeyd olunur. Bu, plantasiya işçilərinin, qovurmaçıların, satıcıların və baristaların və əlbəttə ki, adıçəkilən içki həvəskarlarının bayramıdır.

Seçilən
106
arantv.az

1Mənbələr