AZ

Bakının bu məktəbində fiziki məhdudiyyətli uşaqlar pula satılır

Bakı şəhərində yerləşən 3 saylı xüsusi təhsil məktəbi - bu məktəbə “xüsusi” statusu boşuna verilməyib. Məktəbdə fiziki məhdudiyyətli uşaqlar təhsil alır. Üstəlik, məktəbə gedə bilməyən, evdə təhsil alan fiziki məhdudiyyətli uşaqlara da bu təhsil müəssisəsi tərəfindən müəllimlər təhkim olunur. Yəni məktəbin missiyası olduqca stratejidir: fiziki məhdudiyyətli uşaqların yüksək səviyyədə təhsil alması və onların gələcəkdə cəmiyyətə adaptasiya olunması. Dövlət də bunun üçün kifayət qədər vəsait ayırır. Amma bu vəsait təyinatı üzrə xərclənirmi?

Publika.az-a daxil olan məlumatda bildirilir ki, məktəbin direktoru Nüşabə Məmmədova “xüsusi məktəbi” “xüsusi bazar”a çevirib. Bu təhsil müəssisəsində fiziki məhdudiyyətli uşaqlar sözün əsl mənasında direktor tərəfindən satılır.

Məktəbdə müəllimlərə dərslər rüşvətlə verilir.

Ev şəraitində təhsil alan uşaqlar isə müəllimlərə satılır. Belə ki, direktor hansı müəllimə ev təhsili verirsə, 2-3 ayın pulunu alır.

Daha bir tükürpədici məqam odur ki, direktor bəzi valideynlərlə əlbir olaraq, uşaqlar üçün müəllim ayırmır. Daha doğrusu ayırır, amma o müəllim uşağa dərs demir. Direktor valideynlərə müəyyən məbləğ verir və onlar müəllimin evə gəlib dərs deməməsi ilə razılaşır. Bu dərslər isə ayrı-ayrı müəllimlərin adına yazılır və təbii ki, məvacib də onların maaş kartına köçürülür.

Bundan sonra həmin müəllimlər o vəsaiti direktora çatdırırlar.

Ötən tədris ilində direktorun bu hərəkətinə etiraz edən müəllimlər olub. Onlar maaş kartlarına əlavə vəsaitin yüklənməsini istəməyiblər. Nüşabə Məmmədova yeni tədris ilində etirazçılardan qurtulmaq üçün onlara dərs verməyib. Hərəsinə bir bəhanə gətirərək, məktəbdən uzaqlaşdırıb. Bir sözlə, fiziki məhdudiyyətli uşaqların gələcək taleyi direktorun bazarlığına qurban verilir.

İttihamların ciddiliyini nəzərə alaraq 3 saylı xüsusi təhsil məktəbinin direktoru Nüşabə Məmmədovanın fikirlərini öyrəndik.

Saytınıza açıqlama verən Nüşabə Məmmədova bildirdi ki, şikayət edənlər yəqin ki, bağlanan - yəni 219 nömrəli məktəbin müəllimləridir:

phrase_var_article.chosen
64
10
publika.az

10phrase_var_article.sources