ABŞ-da keçiriləcək seçkilər öncəsi kriptovalyuta investorlarına müsbət mesajlar verən Donald Tramp özü də bu sahəyə daxil olur.
İndex.az xəbər verir ki, Donald Tramp rəsmi hesabında kriptovalyuta layihəsini açıqlayıb və bununla bağlı link paylaşıb.
Bu günə qədər saysız-hesabsız kriptovalyutalar Donald Trampın adı, onun dediyi şüarlar və hərəkətləri ilə dövriyyəyə buraxılıb, lakin onların Trampla heç bir əlaqəsi yoxdur.
İndi isə Trampın rəsmi olaraq dəstəklədiyi ilk kriptovalyuta dövrüyyəyə buraxılır.
İlkin satışda iştirak etmək istəyən investorlar Trampın paylaşdığı linkə daxil olaraq şəxsiyyətlərini təsdiqlədikdən sonra gözləmə siyahısına qoşulmalıdırlar.
Daha sonra ilkin satışda iştirak etmək hüququ əldə edənlərin siyahısı açıqlanacaq.
Layihə “Ethereum” şəbəkəsindədir.
Buraxılış tarixi hələ dəqiq olmasa da, seçkilərə qədər kriptovalyutanın dövrüyyəyə çıxarılacağı təxmin edilir.