ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamalə Harris İranın İsrailə hücumları ilə bağlı danışıb.
Azerforum.com xarici KİV-lərə istinadla bildirir ki, Harris Ağ Evdə mətbuat mənsublarına Yaxın Şərqdəki son vəziyyəti dəyərləndirib.
"İran Yaxın Şərqdə sabitliyi pozan və təhlükəli bir qüvvədir. İsrailə hücum bu həqiqəti sübut edir. Biz Təl-Əvivin özünü hər zaman ən yaxşı şəkildə müdafiə edə bildiyinə əmin olmaq istəyirik. İsrailin təhlükəsizliyinə sadiqliyim sarsılmazdır. Biz heç vaxt ABŞ qüvvələrini və maraqlarını İrana və İranın dəstəklədiyi terrorçulara qarşı müdafiə etmək üçün lazım olan addımları atmaqdan çəkinməyəcəyik".