AZ

Ermənistan işğal dövründə Azərbaycana qarşı ekosid cinayəti törədib - Səbinə Əliyeva

Bakı.Trend:

Ermənistanın hərbi təcavüzü nəticəsində əzəli torpaqlarımızın 20faizi 30 ilə yaxın işğala məruz qaldığı dövrdə həmin ərazilərdəətraf mühitə, bioloji müxtəlifliyə ciddi ziyan vurulmuş,Azərbaycana qarşı beynəlxalq cinayət hesab olunan ekosid cinayətitörədilib.

Trendxəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrəMüvəkkili (Ombudsman) Səbinə Əliyeva Ombudsmanların Beynəlxalq BakıForumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, ölkəmizdə müxtəlif nadir bitki və heyvan növləriməhv olmuş, çay və göllərdə özünü tənzimləmə prosesinin dayanmasısu hövzələrinin bütün canlılar üçün zərərli, ölü bir zonayaçevrilməsinə gətirib çıxarıb.

“Transsərhəd çay olan Oxçuçayın uzun illərdir ki, Ermənistanərazisində zərərli maddələrlə kəskin çirklənməyə məruz qalmasıCənubi Qafqazın ikinci böyük çayı olan Araz çayındakı suehtiyatlarının keyfiyyətinə də mənfi təsir göstərmiş və bu, hazırdaəhalinin həyat və sağlamlığı üçün son dərəcə ciddi təhlükədoğurmaqdadır.

Eyni zamanda, diqqətə çatdırmaq istərdim ki, Azərbaycan vəErmənistanın özü üçün deyil, həm də bütün bölgə üçün potensialtəhlükə mənbəyinə çevrilmiş Ermənistandakı Metsamor Atom ElektrikStansiyası texniki və mənəvi cəhətdən köhnələrək istismara yararsızvəziyyətə düşməsinə baxmayaraq, hələ də fəaliyyət göstərərək ətrafmühiti ciddi şəkildə çirkləndirməkdə davam edir.
Azərbaycan Ombudsmanı olaraq dəfələrlə müvafiq beynəlxalqtəşkilatlara müraciət edərək Çernobıl və Fukuşimaya bənzər növbətiatom faciəsinin qarşısının alınması məqsədilə Metsamor Atom ElekrikStansiyasının işinin təhlükəsiz şəkildə dayandırılmasını vətamamilə bağlanmasını, habelə radioaktiv tullantıların beynəlxalqnəzarət altına alınması üçün təcili tədbirlər görülməsini tələbetməklə dünya ictimaiyyətinin diqqətini bu məsələyə cəlb etdik”,-deyə S.Əliyeva əlavə edib.

Qeyd edək ki, “İqlim dəyişikliyi və İnsan Hüquqları: Ombudsmanvə Milli İnsan Hüquqları İnstitutlarının rolu mövzusundaOmbudsmanların Beynəlxalq Bakı Forumu öz işinə başlayıb.

Forumun keçirilməsində məqsəd qlobal iqlim dəyişikliklərininyaratdığı problemləri və onların həlli yollarını insan hüquqlarıperspektivindən müzakirə etmək, bu sahədə mövcud müsbət təcrübələripaylaşmaqdan ibarətdir.

Forumda “İqlim dəyişikliyi ilə mübarizəyə dair təşəbbüslərdəmilli insan hüquqları təsisatları və ombudsman institutlarınadəstək strategiyaları”, “İqlim dəyişikliyi və onun təsirlərihaqqında məlumata ictimai əlçatanlıq”, “İqlim dəyişikliyi iləmübarizədə çoxtərəfli əməkdaşlıq”, “İqlim dəyişikliyininmüharibənin partlayıcı qalıqları və minalarla çirklənmə iləəlaqəsi” və “İqlim dəyişikliyi kontekstində biznes hesabatlılığınıntəşviqi” mövzularında panel sessiyaları təşkil olunacaq.

Seçilən
25
1
az.trend.az

2Mənbələr