AZ

Kiril Qaburiç: İtkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələdə artıq şəxsi təşəbbüslər də öz rolunu oynamalıdır

Beynəlxalq konfranslarda itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələlərin səsləndirilməsi öz müsbət töhfəsini verəcək.
AZƏRTAC xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, Moldova Respublikasının sabiq Baş naziri Kiril Qaburiç “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.
“Hazırda elə addımlar atılmalıdır ki, gələcəyimizi də sığortalayaq.
İtkin düşmüş şəxslərin taleyinə yüksək şəkildə dəstək verilməlidir. Əl-ələ verib bu məsələnin həlli istiqamətində addımlarımızı atmalıyıq. Bu məsələdə artıq şəxsi təşəbbüslər də öz rolunu oynamalıdır”, – deyə K.Qaburiç vurğulayıb.

Seçilən
49
2
arantv.az

3Mənbələr