Yaponiyanın Miyazaki əyalətində yerləşən hava limanında qorxulu hadisə baş verib.
News24.az xəbər verir ki, yerli hakimiyyət orqanlarından əldə edilən məlumata görə, yerli vaxtla saat 08:00 radələrində uçuş-enmə zolağı yaxınlığındakı taksi yolu hissəsində partlayış baş verib.
Hadisə yerinə çoxlu sayda polis və yanğınsöndürmə briqadası göndərilərkən, diametri 7 metr, dərinliyi 1 metr olan çuxurun əmələ gəldiyi müəyyən edilib.
Hadisə zamanı ölən və yaralanan olmasa da, ehtiyat tədbiri olaraq bütün uçuşlar dayandırılıb. Hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.
Qeyd edək ki, uçuş-enmə zolağında İkinci Dünya Müharibəsi dövrünə aid partlamamış hərbi sursatların olması ehtimalı ilə Saqa əyalətində yerləşən Yaponiya Özünümüdafiə Qüvvələrinin (SDF) bomba zərərsizləşdirilməsi qrupunun Miyazaki hava limanına göndərildiyi açıqlanıb.
Məryəm İlhamqızı