AZ

Ülviyyə Cəlilzadə: "COP29-dan sonra Dünya İqlim Fondu KOBİA ilə əməkdaşlıqda maraqlıdır"

Bu gün Dünya İqlim Fondunun Prezidenti Yens Nilson və Dünya İqlim Fondunun təmsilçisi Ülviyyə Cəlilzadə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ilə yaxın gələcəkdə nəzərdə tutulan əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədilə səmərəli görüş keçiriblər.

Görüş zamanı Bakıda təşkil olunacaq COP29 tədbirindən sonra KOBİA-nın Dünya İqlim Fondu ilə əməkdaşlığının davam etdirməsi məsələsi müzakirə edilib.

Dünya İqlim Fondunun təmsilçisi Ülviyyə Cəlilzadə bildirib ki, fondun prezidenti Yens Nilson çıxışı zamanı KOBİA ilə əməkdaşlığa açıq olduğunu qeyd edib: “Biz inanırıq ki, COP 29- tədbirindən sonra da KOBİA ilə uzunmüddətli əməkdaşlıq edəcəyik. Bu əməkdaşlıq hər iki tərəf üçün səmərəli olacaqdır”.

Ülviyyə
Seçilən
31
3
apa.az

4Mənbələr