AZ

11 il sonra gələn intiqam... - Dünya mediası Nuri Şahindən danışır

Xəbər verdiyimiz kimi, ötən gecə türk mütəxəssis Nuri Şahinin çalışdırdığı “Borussiya” Çempionlar Liqasının əsas mərhələsində “Seltik”i 7:1 hesabı ilə məğlub edib.

“Qafqazinfo” xəbər verir ki, bu hesabdan sonra dünya mətbuatı maraqlı bir faktı ortaya qoyub və Nuri Şahinin şotlandların çalışdırıcısı Brendan Rocersdən intiqam aldığını bildirib. 

Buna səbəb kimi isə məşqçilər arasında illər öncə baş verən narazılıqlar göstərilib. 

Belə ki, 2012/13 mövsümündə “Real”ın oyunçusu Nuri Şahin Rocersin çalışdırdığı “Liverpul”da icarə əsasında çıxış edib. 

Lakin onların arasında yaranan problemlərdən sonra türk futbolçu ilə klub arasındakı müqavilə vaxtından əvvəl ləğv edilib.

Nəticədə oyunçu icarə əsasında bu dəfə “Borussiya”ya (Dortmund) keçib. O, “Liverpul”dan ayrılarkən Roccerslə bağlı açıqlamalar verib: “Allaha şükür olsun ki, Roccersin yanından ayrıldım. “Liverpul”da uğursuz olmadım, sadəcə çalışdırıcı mənim 10 nömrə mövqeyində çıxış etməyimi istəyirdi. Amma mən hücumçunun arxasında oynamıram. Fikir ayrılıqlarımız oldu”.

1 il müddətində “Borussiya”da icarədə olan futbolçu 2014/2018 mövsümündə klubun əsas oyunçusuna çevrilir. Bundan sonrakı illərdə “Verder” və “Antalyaspor” klublarında çıxış edir. Bu ilin iyun ayında isə o, “arılar”ın baş məşqçi postuna gətirilir.

Ötən gecə isə Çempionlar Liqasında 7:1-lik qalibiyyətlə tarixə düşür.

Baş məşqçi olduqdan sonra uğur qazanan mütəxəssisin 11 il əvvəlki müsahibəsi bu gün idman dünyasında yenidən aktuallaşıb. Dünya mətbuatı Nuri Şahinin Rocersdən ağır intiqam aldığını yazır.

Elə matç başa çatdıqdan sonra məşqçilər görüşərkən də onların bir-birinə isti yanaşmadığını görünür. Nuri Şahin Rocersin əlini sıxarkən onun üzünə baxmır.

Fidan Etibar

Seçilən
71
50
qafqazinfo.az

10Mənbələr