Qərb getdikcə daha aktiv şəkildə Tehranı “yenidənqurma”ya başlamağa sövq edəcək. Lakin farslar buna bir anda başlasa, nəticə də bizdə olduğu kimi olacaq.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov deyib.
Onun sözlərinə görə, Qərb üçün İranla bağlı hazırkı vacib plan SEPAH-ın cəmiyyət arasında gözdən salınmasıdır:
“İndiki mərhələdə Qərb qlobalist elitasının əsas məqsədi SEPAH-ın ən parlaq və xarizmatik liderlərinin və onunla əlaqəli silahlı fəalları fiziki olaraq məhv etməkdir. Sonra isə İslam İnqilabının əsas sütunu kimi SEPAH-ı gözdən salmağa çalışmaq və İran cəmiyyətində konkret təxribatçı işlər aparmaqla məqsədinə nail olmaqdır. Onlar Ali hakimiyyətin gözlənilən transferi ərəfəsində demokratikləşmə proseslərinin başlanmasına təkan vermək fikrindədir.
Artıq onların “İranlı Qorbaçov”u var – o, sanksiyaların aradan qaldırılması üçün Qərblə də dostluq etmək istəyir. KQB (DTK) hər şeyə qadir görünürdü, lakin SSRİ-ni dağılmaqdan xilas edə bilmədi. Görəsən SEPAH necə, öz missiyasını yerinə yetirə biləcəkmi?”