AZ

Bu nə xəstəlikdirsə, dərman da kömək etmir: Həkim yayılan virusdan DANIŞDI

“Boğazımın ağrısı keçmir”, “Neçə gündü qızdırmam düşmür”...

Son zamanlar ətrafımızda olanlardan bu şikayətləri daha tez-tez eşidirik.

Maraqlıdır, yayılan bu virus nədir? Qorunmaq üçün nəyə diqqət etmək lazımdır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən terapevt Günay Lətifova bildirib ki, hər il fəsil dəyişikliyi zamanı, yəni yaydan payıza və qışdan yaza keçən zaman boğaz ağrısı, qızdırma, qrip virusu mütləq şəkildə aktivləşir.

Onun sözlərinə görə, bunun əsas səbəbi geyim natarazlığındadır. Terapevt izah edib ki, səhər hava isti olduğu üçün hər kəs əynini nazik geyinir və artıq axşam geri döndükdə mütləq şəkildə havanın soyuqluğu ilə üzləşir ki, bu da nəticədə soyuqdəyməyə gətirib çıxarır.

Günay Lətifova, terapevt

G.Lətifova həmçinin ağaclarda tökülmənin baş verdiyini, toxumlarının havaya sərildiyini və bununla da allergiyası olan insanlarda allergiyanın aktivləşməsinin baş verdiyini vurğulayıb:

“İlk növbədə insanların nazik geyindikdə axşamı nəzərə alaraq isti geyim götürməkləri məsləhətdir. Əgər qrip olarlarsa və ya boğaz gəlməsi baş verərsə, bu periodda hər kəsə individual yanaşmaq lazımdır”.

Həkim nəzərə çatdırıb ki, bu gün insanlar boğazları gəldikdə boğazda çirk olub-olmadığını müəyyənləşdirmədən birbaşa olaraq perekslə qarqaraya keçirlər, antibiotik və ya virusəleyhinə preparat qəbul edirlər. Onun sözlərinə görə, halbuki bunları özbaşına etmək olmaz. Müsahibimiz qeyd edib ki, insanlar kiçik bir boğaz qızartısını hər hansı bir bitki ilə qarqara edib keçirmək əvəzinə daha ciddi zərər vura bilərlər. Əgər boğazda çirk varsa, o zaman ona uyğun müalicə təyin etmək lazımdır:

“İnsanlar özlərini halsız hiss etdikdə, boğaz gəldikdə dəqiq diaqnoz qoyulmamış, dəqiq səbəbi aşkarlanmamış özlərini ev şəraitində mümkün qədər müalicə etməsinlər. Çünki adi boğaz qızartısını insanlar peresklə yandıra bilərlər. Yaxud da əksinə çirk ola bilər və onu yalnış müalicə edə bilərlər. Bütün proseslərdə diaqnoz çox vacibdir”.

Mina Mikayılova

Seçilən
27
1
bakivaxti.az

2Mənbələr