Quba-Xaçmaz Regional Təhsil İdarəsindən Xaçmazda sinif yoldaşı tərəfindən bıçaqlanan şagirdin fiziki və psixoloji vəziyyətinin diqqətdə saxlanıldığı bildirilib.
Referans.az-ın xəbərinə görə, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşı Murad Qəribov “Report”un yerli bürosunun sorğusuna cavab olaraq bildirib ki, Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi A.Nəsrullayev sinif yoldaşı K.Orucova evlərinin yaxınlığında aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib.
Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir. Onun fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir.
M.Qəribovun sözlərinə görə, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb.
“Uşaqların yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq, ictimaiyyətdən də bu mövzuda daha həssas davranmasını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad olunmasını xahiş edirik”, – idarə rəsmisi deyib.
phrase_var_article.topics
- phrase_var_article.all_categories
- phrase_var_article.politics
- phrase_var_article.economy
- phrase_var_article.society
- phrase_var_article.culture
- phrase_var_article.war
- phrase_var_article.showbiz
- phrase_var_article.sport
- phrase_var_article.criminal
- phrase_var_article.world
- phrase_var_article.interview
- phrase_var_article.interesting
- phrase_var_article.ict
- phrase_var_article.other
- phrase_var_article.education
- phrase_var_article.auto-moto
- phrase_var_article.turizm
- phrase_var_article.analitika
- + phrase_var_article.more - phrase_var_article.less