Rusiya Federasiyasının Dövlət Duması qeyri-qanuni miqrasiyanın təşkilinə görə cəzaları sərtləşdirən qanun layihəsini birinci oxunuşda qəbul edib, bunu spiker Vyaçeslav Volodin bildirib.
Yeni qaydalara əsasən, qanunsuz miqrasiyanın təşkili nəticəsində əldə edilmiş əmlak və qiymətli əşyalar müsadirə oluna bilər.
Bundan əlavə, deputatlar ikinci oxunuşda nikah üçün sadələşdirilmiş qaydada Rusiyada yaşamaq icazəsinin alınması qaydalarını sərtləşdirən qanun layihəsini təsdiqləyiblər - indi miqrantlara Rusiya vətəndaşı ilə nikahdan sonra vətəndaçlıq yalnız üç il sonra veriləcək.
Volodin Rusiya Daxili İşlər Nazirliyinin məlumatlarına istinad edərək, 2021-ci ildən indiyədək miqrasiya statusu almaq üçün 4300 nikahın bağlandığını bildirib.
Volodin sentyabrın sonunda bəyan edib ki, Dövlət Duması payız sessiyası zamanı miqrasiya siyasətini sərtləşdirən beş qanun qəbul etmək niyyətindədir.
Oxuməni.az