AZ

UNICEF-in nümayəndəsi: İqlim dəyişmələri üzrə təhsili müvafiq milli tədris proqramına daxil etmək vacibdir

Bakı, 2 oktyabr, AZƏRTAC

“Uşaqları iqlim çağırışlarının həlli ilə bağlı zəruri bilik və bacarıqlarla təchiz etmək üçün iqlim dəyişmələri üzrə təhsili müvafiq milli tədris proqramına, yaş qruplarına uyğun olaraq daxil etmək vacibdir”.

AZƏRTAC xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində ADA universitetində keçirilən "İqlim dəyişiklikləri və uşaqlarla bağlı yüksək səviyyəli milli tədbir" mövzusunda dəyirmi masada BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan Respublikasındakı nümayəndəliyinin sosial siyasət üzrə mütəxəssisi Rəşad Hüseynov deyib.

O qeyd edib ki, təhsil sektoru üzrə planlara və büdcə proseslərinə iqlim məsələlərinin daxil edilməsi iqlimə uyğunlaşmanın və dayanıqlılığın proritetləşdirilməsini təmin edir: “Təhsil iqlim dəyişmələri ictimai məlumatlılığın artırılması və uşaqların məlumatlı qərarlar qəbul etmək baxımından vacibdir. Müzakirə olunan məsələlərin təhsildə olması xüsusilə uşaqları və gəncləri uzunmüddətli davranış dəyişikliyinə təşviq edir”.

Seçilən
16
azertag.az

1Mənbələr