AZ

İsrailin hərbi obyektlərinə raket zərbələri endirilib

Yəmən husiləri İsraildəki hərbi obyektlərə raket zərbələri endirib.

“Report” xəbər verir ki, bu barədə husilərin nümayəndəsi general Yəhya Sari “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

O qeyd edib ki, hücumda üç “Qüds-5” qanadlı raketindən istifadə olunub: “Raketlər hədəflərinə uğurla çatıb”.

Y.Sari vurğulayıb ki, İranın İsrailə zərbələr endirməsini dəstəkləyir.

General, həmçinin İsrailə qarşı birgə hərbi əməliyyatlara hazır olduğunu bildirib.

Seçilən
17
5
azpolitika.info

7Mənbələr