1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Hazırda havaların bir qədər soyumasına baxmayaraq, ölkəmizdə koronavirusla bağlı epidemioloji vəziyyət sabitdir".
Bunu APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, ara-sıra kiçik dalğalanmalar müşahidə olunsa da, yeni yoluxma halları minimaldır.
"Xəstəlik əksərən yüngül, yuxarı tənəffüs yollarının zədələnmə əlamətləri ilə keçir və fəsadsız ötüşür. Ağır və fəsadlaşmış hallar əsasən risk qrupları arasında təsadüf edir", - deyə o qeyd edib.