AZ

Ermənistan parlamenti Qarabağdan gedən ermənilərə "yox" dedi

Ermənistan parlamentində Qarabağdan gedən ermənilərin yaşayış şəraitini öyrənmək üçün araşdırma komissiyası yaradılmayacaq.

Parlamentdə mandatların əksəriyyətinə malik olan hakim “Mülki Müqavilə” Partiyasının parlament fraksiyası oktyabrın 2-də “Ermənistan” bloku fraksiyasının təmsil etdiyi müxalifətin təqdim etdiyi sənədi dəstəkləməyib.

“Cebheinfo.az” xəbər verir ki, “Mülki müqavilə” müxalifətin arqumentlərini inandırıcı və qeyri-kafi hesab edib.

“Ermənistan Respublikası hökuməti və hakim partiya ilk gündən müxtəlif tipli proqramlar həyata keçirməyə başlayıb. Onların çoxu var. Biz Qarabağdan gələn soydaşlarımızın yaşayış şəraiti, sosial və mənzillə təminatı və s. üçün bir sıra qanunvericilik normaları qəbul etmişik. Hesab edirik ki, parlament müxalifəti öz parlament funksiyaları çərçivəsində bu proseslərlə bağlı sual vermək, onları maraqlandıran faktları və ya məlumatları tapmağa çalışmaq üçün bütün səlahiyyətə sahibdir”, - deyə iqtidar partiyasının təmsilçisi Hayk Konjoryan bildirib.

Öz növbəsində, “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının katibi Artsvik Minasyan bildirib ki, bu, hakim çoxluğun öz konstitusion vəzifələrini yerinə yetirməkdən imtina etmək cəhdidir.

“Xatırlatmaq istərdim ki, istintaq komissiyasının ən mühüm vəzifələrindən biri parlamentin nəzarət funksiyasını həyata keçirməkdir”, - deyə müxalifətçi qeyd edib.

Lakin bu təşəbbüsü cəmi 28 deputat dəstəkləyib, 56 deputat isə əleyhinə çıxıb.

Xəzər

“Cebheinfo.az”

phrase_var_article.chosen
63
1
cebheinfo.az

2phrase_var_article.sources