AZ

Sülh müqaviləsi kimin “boğazında ilişib” – Paşinyanın, yoxsa...?

Image

Mətləb Salahov: “Paşinyan özünü onu dirijor çubuğu kimi idarə edənlərə təslim edib”

Ermənistanın baş naziri Nikol Paşinyanın son bir həftəneçə gün ərzində BMT tirbunasından daban-dabana zidd, həm də öz cılız maraqlarına hesablanan yalan-palan dolu bəyanatları, Azərbaycan cəmiyyəti ilə yanaşı ayıq-sayıq erməni ictimai rəyini də çaş-başa salıb. Qeyri-ciddi addımlar atan, həttda BMT tribunasını belə siyasi şouya çevirən bu adam nə deyir və nə istəyir? Sual aktualdır, amma cavab qəliz məsələdir. Hazırda Ermənistanın ABŞ, Hindistan, Fransa, Yunanıstan və digər bir neçə ölkənin səyi ilə sürətlə silahlandırıldığı bir zamanda sülh müqaviləsi ətrafında əməllicə bazarlıq açan N.Paşinyan bu ziddiyətli gedişlərlə əslində nə məqsəd güdür?

Ekspert-jurnalist Mətləb Salahov “Bakı-xəbər.com”a açıqlamasında bildirib ki, ənənəvi ermən riyakarlığına sadiq qalan N.Paşinyan son bir həftədəki açıqlamaları ilə siyasi bazarlıq üçün hər kəsə “açıq olduğunu” fakt olaraq ortaya qoyur: “Ermənistan baş nazirinin bəyanatlarında əsas məqsəd bölgədə daimi sülhün əldə olunmaması, bununla da Azərbaycana qarşı təzyiq rıçaqlarını əldə saxlamaqdır. Bu gün düşmən ölkənin özündə hər kəs gözəl anlayır ki, hazırkı Ermənistan konstitusiyasında Azərbaycana qarşı davam edən ərazi iddiaları sülh əldə edilməsinə əsas maneə sayılır. Ağlı başında olan hər bir Ermənistan vətəndaşı beynəlxalq hüquq üçün biabırçılıq sayılan, birbaşa qonşu dövlətə ərazi iddialarını ehtiva edən konstitusiyadakı bir sıra bəndlərin aradan qaldırılmasının vacibliyini gözəl anlayır. Ermənistan konstitusiyasındakı ərazi iddialarını ehtiva edən maddələr dəyişməsə, davamlı sülhdən və sülh müqaviləsindən danışmağa dəyməz.

Digər baxımdan, Ermənistan həqiqətən də sülh müqaviləsi istəyirsə, Azərbaycana qarşı ərazi iddialarının yer aldığı ali sənədlərdə düzəliş etməlidir. Çünki, bu olmayacağı təqdirdə Ermənistan Konstitusiya Məhkəməsi hər an sülh müqaviləsinin Ermənistan Konstitusiyasına uyğun gəlmədiyini bəhanə edərək, müqavilədən boyun qaçıra bilər. Ancaq Ermənistan Konstitusiyasından fərqli olaraq, Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil. Bunu istər Ermənistan rəhbərliyi, istər revanşist erməni müxalifəti, istərsə də Ermənistanı silahlandırıb qanlı müharibəyə sürükləyən Qərb dövlətləri öz kor gözləri ilə dəfələrlə oxuyub əmin ola bilərlər.

Bu gün istər siyasətlə maraqlanan, istərsə də siyasətdən başı çıxmayan hər peşə sahibi anlayır ki, Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt Ermənistan konstitusiyasındakı bir sıra müddəaların dəyişdirilməsidirsə, digər baxımdan hazırkı Ermənistan hakimiyyətinin ikili oyunlardan və başqalarının əlində siyasi maşa olmaqdan əl çəkib siyasi iradə göstərməsi də önəmli məsələdir. Çünki N.Paşinyana qədərki bütün Ermənistan hakimiyyətləri heç zaman öz mövqeyi olan hakimiyyətlər olmayıblar. Çox vaxt Kremlin siyasi maşası rolunu ifa edən rəsmi İrəvan, N.Paşinyanın hakimiyyətə gəlməsi ilə qərbdəki qüvvələrə “stavka” etməyə başladı.  əsas da Fransa dövlətinin, Emmanuel Makronun birbaşa əl oyuncağına çevrilib. Hazırda ABŞ da N.Paşinyanın “xozeyini” sayılır. Yəni belə bir situasiyada  hazırkı erməni hakimiyyətinin sülh müqaviləsi barədə qəti qərar verəcəyi ağlabatan deyil. Çünki sülh müqaviləsi Avropa İttifaqı, Fransa və ABŞ-ın “boğazında ilişib” qalıb. Həm də bu gün N.Paşinyanı sülh müqaviləsindən daha çox, onu uzun müddət himayə edəcək və hakimiyyətdə saxlayacaq "xozeyin" tapmaq düşündürür.”

Namiq Quliyev






Seçilən
31
baki-xeber.com

1Mənbələr