AZ

“3 oyunluq yox, birillik müqavilə bağlamışdım” - Azər Həşimov istefası haqda

Birinci liqada hələ cəmi 3 tur arxada qalıb, ancaq iki məşqçi istefası gerçəkləşib.

“Qaradağ Lökbatan” 3-cü turdan sonra Azər Həşimovla yolları ayırmağa qərar verdi. Düzü, mütəxəssisin istefaya göndərilməsi bir qədərgözlənilməz oldu. Həşimovun işini, iddiasını ötən mövsüm hamımız gördük. Son turlara qədər çempionluğa can atan “Qaradağ Lökbatan” yalnız axırda birinciliyi əldən vermişdi. Hələ o vaxtdan onun istefaya göndəriləcəyinə dair şayiələr dolaşsa da, klub Həşimova inanaraq yeni müqavilə imzaladı.

Bəs indi istefaya nə səbəb oldu?

Azər Həşimov klubdan ayrılması ilə bağlı “Football-plus.az”a danışdı:

“Çempionat başlamamış rəhbərliklə danışığımız oldu ki, komanda 2-ci liqaya düşməsin. Mən də ondan da yaxşısını edəcəyimə və 5-6-ci yerlərdə qərarlaşacağımıza söz verdim. Beləcə müqavilə bağladıq. Bildiyiniz kimi, ötən illə müqayisədə həyətimizdə xeyli dəyişiklik oldu, komandanın 95 faizi getdi. Ötənilki heyətdən cəmi 4 futbolçumuz vardı, büdcəmiz bir qədər aşağı düşmüşdü. Mən də söz vermis, müqaviləni ona görə bağlamışdım ki, komanda liqada qalacaq. Ancaq çempionatda üç ciddi rəqibə məğlub olduq. Qərar verdilər ki, ayrı məşqçi gətiririk. Qərarlarına hörmətlə yanaşıram və "Qaradağ Lökbatan"a uğurlar arzulayıram. Ancaq mən 3 oyunluq yox, birillik müqavilə bağlamışdım. Qalıb işləsəydim, sözümün üstündə də duracaqdım. Öz şəxs fikirləridi. Mənim üçün də gözlənilməz oldu. Amma futbolda belə şeylər olur. Həyat davam edir. Bir qədər dincəlmək lazımdı. Sonra vəziyyətə baxacam və təklifləri dəyərləndirəcəm”.

RÖYANƏ OĞUZ
Seçilən
52
football-plus.az

1Mənbələr