Pakistan “Lukoyl” və Rusiya Federasiyasının digər iri şirkətləri ilə enerji resurslarının barter ticarətinə başlamağa hazırdır. AFN.az xəbər verir ki, bunu TASS-a Pakistanın özəlləşdirmə, investisiya və kommunikasiyalar naziri Əbdül Alim Xan deyib.“Şübhəsiz ki, enerji resursları Rusiya ilə Pakistan arasında barter ticarətində əmtəə ola bilər, bu, məsələn, “Lukoyl” kimi iri Rusiya şirkətlərinə də aiddir".Nazir qeyd edib ki, Moskvada ilk Pakistan-Rusiya ticarət və investisiya forumu çərçivəsində ikitərəfli ticarətdə barter mexanizmini nəzərdə tutan bir sıra sazişlərə start verilib. Söhbət Rusiya Federasiyası və Pakistan şirkətləri arasında naringi və düyü əvəzinə noxud və mərcimək tədarükünə dair müqavilədən gedir. "Qarşılıqlı hesablaşmalar üçün alternativ mexanizmlərin işlənib hazırlanması bizim üçün son dərəcə vacibdir. Birincisi, ödənişləri milli valyutalarla həyata keçirmək lazımdır. İkincisi, həll yolu barter sistemi olacaq. Gördünüz ki, nəhayət, belə bir saziş imzalanıb. Bu, çox vacibdir. Hər iki tərəfin sahibkarlarının barter ticarətində özlərinə nə isə üstünlük əldə etmələrini təşviq edərək, düşünürəm ki, biz Pakistan və Rusiya Federasiyasından olan şirkətlər arasında daha çox belə müqavilələrin imzalanacağını görəcəyik”.
phrase_var_article.topics
- phrase_var_article.all_categories
- phrase_var_article.politics
- phrase_var_article.economy
- phrase_var_article.society
- phrase_var_article.culture
- phrase_var_article.war
- phrase_var_article.showbiz
- phrase_var_article.sport
- phrase_var_article.criminal
- phrase_var_article.world
- phrase_var_article.interview
- phrase_var_article.interesting
- phrase_var_article.ict
- phrase_var_article.other
- phrase_var_article.education
- phrase_var_article.auto-moto
- phrase_var_article.turizm
- phrase_var_article.analitika
- + phrase_var_article.more - phrase_var_article.less